COP29 Könüllülərinin iştirakı ilə sahilyanı təmizlik aksiyası təşkil edilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

COP29 Könüllülərinin iştirakı ilə sahilyanı təmizlik aksiyası təşkil edilib - FOTO

Qafar Ağayev17:45 - 14 / 06 / 2024
COP29 Könüllülərinin iştirakı ilə sahilyanı təmizlik aksiyası təşkil edilib - FOTO

COP29 Könüllülük Proqramının üzvlərinin iştirakı ilə Şıx çimərliyində sahil boyu “Cleanmob” təmizlik aksiyası təşkil edilib.

1news.az xəbər verir ki, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, cari ilin 11-22 noyabr tarixlərində Azərbaycanda baş tutacaq COP29 tədbirinin təşkili istiqamətində aparılan çoxşaxəli hazırlıq tədbirlərinin icrası ilə yanaşı aktual iqlim problemlərinə cəmiyyətin diqqətinin cəlb olunması və gənclərin iştirakı ilə ekoloji maarifləndirmə istiqamətində də müvafiq təşəbbüslər həyata keçirilir.

Şıx çimərliyində sahil boyu “Cleanmob” təmizlik aksiyası “Ümumdünya Təmizlik Günü ” sosial kampaniyası çərçivəsində reallaşdırılıb.

150-dən artıq könüllünün qoşulduğu aksiya ətraf mühitin mühafizəsi istiqamətində məsuliyyətliliyin təbliği ilə yanaşı könüllülərdə komanda ruhunun inkişaf etdirilməsinə xidmət edən xüsusi yarış formatında təşkil edilib. Qalib komanda və onun iştirakçıları müvafiq sertifikatlarla təltif olunublar. Aksiya nəticəsində ümumilikdə toplanan 1501 kq tullantı ekoloji tələb və normalara müvafiq şəkildə utilizasiya prosesinin təmin edilməsi məqsədilə təkrar emala yönləndirilib.

Təmizlik aksiyasından sonra isə COP29 Könüllüləri arasında ekoloji vərdişlərin artırılması məqsədilə eko-təlimlər və bir sıra tədbirlər təşkil olunub.

Baş tutan aksiyanın əsas məqsədi gəncləri ətraf mühit, o cümlədən dənizətrafı sahələrin mühafizəsinə cəlb etməklə ekoloji və sosial məsuliyyətin, ictimai gigiyena vərdişlərinin təbliğində nümunəvi davranışları nümayiş etdirmək, eyni zamanda dəniz zolaqlarının mühafizəsinin aktuallığı kontekstində qlobal fəaliyyətin sürətləndirilməsinin vacibliyinə bir daha diqqətin cəlb edilməsidir.

Qeyd edək ki, bu növ aksiyalar sahillərin faktiki təmizlənməsindən daha böyük əhəmiyyət kəsb edir. Belə ki, müxtəlif sahələrdən olan gənclərin vahid məqsəd ətrafında bir araya gəlməsi, iqlim problemlərinin həllinin başlıca şərti olan əməkdaşlıq ruhunun inkişafına, planetimizin mühafizəsi ətrafında birləşərək real nəticələrin əldə edilməsinə bir töhfədir.

Paylaş:
194

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər