Ötən gün cinayətdə şübhəli bilinən 71 nəfər saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün cinayətdə şübhəli bilinən 71 nəfər saxlanıldı

Qafar Ağayev10:35 - 21 / 06 / 2024
Ötən gün cinayətdə şübhəli bilinən 71 nəfər saxlanıldı

İyunun 20-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 70 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 123, o cümlədən borclu şəxs qismində axtarışda olan 91 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 24, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 52 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb.

Paylaş:
201

Son xəbərlər

Bütün xəbərlər