Bakıda 3 polis əməkdaşı və bir mülki vətəndaş qətlə yetirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 3 polis əməkdaşı və bir mülki vətəndaş qətlə yetirilib

Qafar Ağayev09:38 - 24 / 06 / 2024
Bakıda 3 polis əməkdaşı və bir mülki vətəndaş qətlə yetirilib

İyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında qeyd olunub.

Bildirilib ki, O, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd etmiş, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirmişdir.

Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilmişdir.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Paylaş:
1354

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər