Sertifikatlaşdırma imtahanının nəticələri ilə bağlı apellyasiya qəbuluna başlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sertifikatlaşdırma imtahanının nəticələri ilə bağlı apellyasiya qəbuluna başlanılıb

Qafar Ağayev08:47 - 25 / 06 / 2024
Sertifikatlaşdırma imtahanının nəticələri ilə bağlı apellyasiya qəbuluna başlanılıb

Müəllimlərin sertifikatlaşdırılması prosesinin iyunun 21, 22 və 24-də keçirilmiş test imtahanı mərhələsinin nəticələri ilə bağlı apellyasiya müraciətlərinin qəbuluna start verilib.

1news.az-ın məlumatına görə, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.

Müəllimlər “portal.edu.az” platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.

Qeyd edək ki, müəllimlər 1 ay müddətində şəxsi kabinetləri vasitəsilə apellyasiya müraciəti edə bilərlər. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.

Paylaş:
276

Son xəbərlər

Bütün xəbərlər