“ASAN xidmət” BMT-nin tədbirində diqqət mərkəzində | 1news.az | Xəbərlər
Cəmiyyət

“ASAN xidmət” BMT-nin tədbirində diqqət mərkəzində

Qafar Ağayev10:30 - 25 / 06 / 2024
“ASAN xidmət” BMT-nin tədbirində diqqət mərkəzində

24-26 iyun 2024-cü il tarixində Koreya Respublikasında Birləşmiş Millətlər Təşkilatının (BMT) Dövlət Xidmətləri Forumu keçirilir.

Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

“ASAN xidmət”dən 1news.az-a verilən məlumata görə, forumun məqsədi səmərəli dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri və digər bu kimi məsələlər üzrə müzakirələrin aparılması, habelə dövlətlərin bu istiqamətdə müsbət təcrübələrinin mübadiləsi və mükafatlandırma mərasiminin təşkilidir.

Bu çərçivədə dünyanın müxtəlif ölkələrinin aparıcı nazirliklərinin və təşkilatlarının rəhbərləri, beynəlxalq ekspertlər, media və işgüzar dairələrin nümayəndələrinin 1000-dən çox nümayəndəsi iştirak edir.

Forumun ilk günündə Dövlət Agentliyinin sədri ilə BMT-nin sabiq Baş katibi Ban Ki-mun, BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhua, Koreya Respublikasının daxili işlər və təhlükəsizlik nazirinin müavini Li Yonq Suk, Kambocanın Baş nazirinin müavini Hun Mani, Zimbabvenin Dövlət Xidmətləri Komissiyasının sədri Vinsent Hunqve arasında ikitərəfli görüşlər keçirilib.

Koreya tərəfi ilə görüş zamanı iki qurum arasında 2016-cı ildə Bakıda imzalanmış Anlaşma Memorandumun icrası çərçivəsində görülmüş işlərdən məmnunluq ifadə olunub və gələcək fəaliyyət istiqamətləri ilə əlaqədar müzakirələr aparılıb.

Kambocanın Baş nazirinin müavini və Zimbabvenin müvafiq qurumunun rəhbəri ilə baş tutmuş görüşlər çərçivəsində Dövlət Agentliyinin sədri tərəfindən Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət”, burada tətbiq olunan innovasiyalar və əldə olunmuş nailiyyətlər barədə geniş təqdimat edilib. Sözügedən ölkələrlə “ASAN xidmət” təcrübəsinin paylaşılmasına dair razılığa gəlinib.

Forum çərçivəsində "ASAN xidmət"in, Afrika Birləşmiş Şəhərlər və Yerli Hökumətlər Təşkilatının, BMT-nin Fəlakət Riskinin Azaldılması Ofisinin (UNDRR), Koreya Respublikasının İnçeon Şəhər Meriyasının və Qazaxıstan Respublikasının Dövlət Qulluğu Məsələləri üzrə Agentliyinin təşkilatçılığı ilə “Dövlət Xidmətlərinin Transformasiyası üçün Innovasiya, Gender və İqlim Elementlərinin Yayılması” adlı sessiya təşkil ediləcəkdir.

BMT Dövlət Xidmətləri Forumu 2003-cü ildən etibarən keçirilir və bu mötəbər Foruma 2019-cu ildə “ASAN xidmət”in və BMT-nin birgə təşkilatçılığı ilə ölkəmiz ev sahibliyi edib.

Paylaş:
149

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər