Göygöl rayonunda qanunsuz tikinti işlərinin qarşısı alınıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Göygöl rayonunda qanunsuz tikinti işlərinin qarşısı alınıb - VİDEO

Qafar Ağayev10:39 - 25 / 06 / 2024
Göygöl rayonunda qanunsuz tikinti işlərinin qarşısı alınıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

1news.az FHN-ə istinadən xəbər verir ki, bu çərçivədə, Göygöl rayonunun Qızılca kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti və Göygöl Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

Paylaş:
264

Son xəbərlər

Bütün xəbərlər