27-28 iyun tarixlərində Azərbaycan beynəlxalq foruma ev sahibliyi edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

27-28 iyun tarixlərində Azərbaycan beynəlxalq foruma ev sahibliyi edəcək

Qafar Ağayev10:51 - 25 / 06 / 2024
27-28 iyun tarixlərində Azərbaycan beynəlxalq foruma ev sahibliyi edəcək

İyunun 27-də Bakıda “Yaşıl dünya naminə Həmrəylik: Dayanıqlı Gələcək üçün Tullantıdan Dəyərə” adlı Beynəlxalq Forum keçiriləcək.

1news.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə keçiriləcək beynəlxalq forumda məqsəd ətraf mühitin mühafizəsi, dayanıqlı gələcəyə doğru birgə fəaliyyət, ekoloji həmrəylik və idarəçilik sahəsində ölkəmizin liderlik rolunu qlobal miqyasda təşviq etmək, eyni zamanda, tullantıların idarə olunmasında ən yaxşı təcrübələrin və innovativ yanaşmaların yayılmasını, əməkdaşlığın gücləndirilməsini təmin etməkdir.

Bakı forumunda BMT-nin səlahiyyətli təmsilçiləri, müxtəlif beynəlxalq təşkilatların, o cümlədən bir sıra xarici ölkələrin nümayəndələri, həmçinin digər maraqlı tərəflər iştirak edəcək.

Qeyd edək ki, tullantıların səmərəli idarə olunması sahəsində dayanıqlı təcrübələrin təşviqində, beynəlxalq əməkdaşlıqda, innovasiyaların nümayiş etdirilməsi və yeni təşəbbüslər ətrafında müzakirələrin aparılmasında bu Forumun yeni bir platformaya çevrilməsi gözlənilir.

Forumun yekununda
iştirak edən təşkilatlar və şirkətlər tərəfindən tullantıların dayanıqlı idarə edilməsi təcrübələrinə, innovativ qablaşdırma həllərinə, təkrar emal və tullantıların azaldılması strategiyalarının təşviqinə dair "Sıfır Tullantı" Bakı Təşəbbüsü qəbul ediləcək.

Paylaş:
172

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər