Qısamüddətli geomaqnit qasırğası gözlənilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Qısamüddətli geomaqnit qasırğası gözlənilir

Qafar Ağayev17:43 - 28 / 06 / 2024
Qısamüddətli geomaqnit qasırğası gözlənilir

Qısamüddətli geomaqnit qasırğası gözlənilir.

Bu barədə 1news.az-a Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, hazırda Günəş aktivliyi aşağı səviyyədədir, bir neçə oblastda Yerə demək olar ki, təsiri olmayan C sinif alışmalar olub. Günəşin diskinin cənub-qərb kənarında 27 iyun tarixində tac kütlə atılması müşahidə olunub. İyulun 1-də gecə saatlarında bunun Yerə zəif təsiri proqnozlaşdırılır.

Məlumata görə, geomaqnit sahə ümumiyyətlə sakit səviyyədə olacaq, 28-29 iyun tarixlərində qeyri-stabil hala keçəcək, iyunun 30-dan sakit səviyyəyə qayıdacaq. Geomaqnit aktivliyi göstərən Kp əmsalı 29 iyun tarixində sübh saatlarıda 3-4,8 intervalında dəyişəcək, saat 10.00-dan sonra isə 1,5-2,5 intervalında stabilləşəcək.

Paylaş:
352

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər