Bakıda bacısını qəsdən öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda bacısını qəsdən öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Qafar Ağayev09:05 - 01 / 07 / 2024
Bakıda bacısını qəsdən öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

İyulun 1-də Binəqədi rayonu ərazisində 2004-cü il təvəllüdlü Təhminə Qasımovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

1news.az xəbər verir ki, bu barədə Binəqədi rayon prokurorluğu məlumat yayıb.

Araşdırmalarla 1997-ci il təvəllüdlü Təbriz Qasımovun rayonun Rəsulzadə qəsəbəsi ərazisində şəxsi münasibətlər zəminində bacısı Təhminə Qasımovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisədən sonra könüllü olaraq polisə təslim olan Təbriz Qasımov prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Paylaş:
202

Son xəbərlər

Bütün xəbərlər