Azərbaycanın daha bir təmsilçisi Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb | 1news.az | Xəbərlər
İdman

Azərbaycanın daha bir təmsilçisi Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb

Qafar Ağayev15:27 - 08 / 07 / 2024
Azərbaycanın daha bir təmsilçisi Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb

Parakamandan oxatma üzrə milli komandamızın üzvü Cahan Musayev Paris-2024 Yay Paralimpiya Oyunlarında iştirak edəcək.

Bu barədə 1news.az-a Azərbaycan Milli Paralimpiya Komitəsindən məlumat verilib.

Qurum tərəfindən göndərilən sorğu əsasında idmançıya Beynəlxalq Paralimpiya Komitəsindən yarışda iştirak hüququ ("bipartite") verilib.

Qeyd edək ki, Paris-2024 Yay Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək təşkil olunacaq.

Paylaş:
1081

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər