Təmir işləri görülən Bakı yollarında hansı detallar nəzərə alınmalıdır? - ŞƏRH
Son zamanlar payaxt ərazisində müxtəlif yollarda təmir işləri aparılır.
Yollarda təmir işlərinin aparılması müsbət haldır. Bəs görəsən bu təmir işləri zamanı əvvəllər edilən səhvlər aradan qaldırılırmı? Yeni təmir olunan yollarda piyada təhlükəsizliyi, avtobus zolaqları və s. məsələlər nəzərə alınırmı?
Məsələ ilə bağlı 1news.az-a danışan nəqliyyat məsələri üzrə ekspert Rauf Ağamirzəyev deyib ki, ümumi olaraq paytaxt küçələrində təmir işləri görülür.
“Bəzi küçələrdə yeni transformasiyalar müşahidə olunur. Misal olaraq, 8 noyabr prospektində, Yusif Səfərov küçəsində, Afiyyəddin Cəlilov küçəsində həyata keçirilən yenilikləri göstərə bilərik. Müsbət tendensiya odur ki, zolaqlar ensizləşdirilir, velosiped zolağı şəbəkəsi yaradılır, bəzi yerlərdə piyada infrastrukturu yaradılır. Amma bu hələki lokal şəkildədir, yəni ki, bütan rayonlarda bir küçə misalında biz bunu görə bilmirik”.
Ekspert deyib ki, həmçinin küçələri Həmçinin küçələri sakitləşdirən elementlərə ciddi ehtiyac var.
“İki zolaqdan artıq olan küçələrimizdə təhlükəsizlik tədbirlərini artırmaq üçün təhlükəsizlik adacıqlarının, eynisəviyyəli keçidlərin, məktəb və bağçaların önündə, xüsusən həssas qrupların toplaşdığı yerlərdə Berlin yastıqlarının təşkil olunması və s. işlər görülsə, görülən işlər daha effektiv olar. Buna qədər biz küçələrdə sürətin azaldılması yönündə qərarlar verirdiksə, sonradan cərimələr artırıldı, amma fiziki olaraq da sürətli sürməmək üçün də yuxarıda qeyd olunanlar həyata keçirilməlidir. Həmçinin ictimai nəqliyyatın üstünlüyünü təmin edən avtobus zolaqlarının da çəkilməsi yönündə də işlər görülür, amma bu işlər də sürətləndirilməlidir və şəbəkə halına salmaq lazımdır”.