“Üzeyir Hacıbəyli” gəmisi Mingəçevirdə tikilən yeni elektrik stansiyası üçün avadanlıqları Türkiyədən Azərbaycana çatdıracaq
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxus “Üzeyir Hacıbəyli” universal quru yük gəmisi “Azərenerji” ASC-nin sifarişinə uyğun olaraq Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyasının ərazisində inşa edilən yeni elektrik stansiya üçün zəruri olan avadanlıqları Türkiyədən Azərbaycana çatdıracaq.
ASC)-dan 1news.az-a verilən məlumata görə, sifarişə əsasən, ümumi çəkisi 1303.765 ton olan transformator və köməkçi avadanlıqlar Türkiyənin Heydərpaşa limanında gəmiyə yüklənib. Gəmi artıq yola düşüb.
Qeyd edək ki, sözügedən layihə üçün ASCO gəmisi ilə ötən il də İtaliyanın “Ansaldo Energia” şirkətinin istehsalı olan qaz turbinləri və generatorlar Azərbaycana gətirilmişdi.
262