Azərbaycan XİN Fələstinə səfərlə bağlı xəbərdarlıq edib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan XİN Fələstinə səfərlə bağlı xəbərdarlıq edib

Qafar Ağayev16:57 - 05 / 08 / 2024
Azərbaycan XİN Fələstinə səfərlə bağlı xəbərdarlıq edib

"Fələstin Dövlətinin yerləşdiyi regionda sürətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə Fələstin Dövlətinə səfər etməmələri tövsiyə olunur".

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilib.

Bildirilib ki, hazırda Fələstin Dövlətində yaşayan və səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələri zəruridir.

Paylaş:
348

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər