Qobuda qonşusunu öldürməkdə şübhəli bilnən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qobuda qonşusunu öldürməkdə şübhəli bilnən şəxs saxlanılıb

Qafar Ağayev09:02 - 05 / 08 / 2024
Qobuda qonşusunu öldürməkdə şübhəli bilnən şəxs saxlanılıb

Avqustun 4-də Qaradağ rayonu Qobu qəsəbəsi ərazisində 1989-cu il təvəllüdlü Bəhruz Məmmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə 1news.az-a Qaradağ Rayon Prokurorluğundan məlumat verilib.

Araşdırmalarla 1990-cı il təvəllüdlü Nahid Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qonşusu Bəhruz Məmmədova kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Nahid Həsənov iş üzrə şübhəli şəxs qismində tutulub.

Paylaş:
135

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər