STM-in əməkdaşı Ümumdünya Fəlsəfə Konqresində Azərbaycanı təmsil edib | 1news.az | Xəbərlər
Cəmiyyət

STM-in əməkdaşı Ümumdünya Fəlsəfə Konqresində Azərbaycanı təmsil edib

14:00 - 14 / 08 / 2024
STM-in əməkdaşı Ümumdünya Fəlsəfə Konqresində Azərbaycanı təmsil edib

1-8 avqust 2024-cü il tarixlərində İtaliyanın paytaxtı Roma şəhərində, 25-ci Ümumdünya Fəlsəfə Konqresi ( (ÜFK) The 25th World Congress of Philosophy(WCP) keçirilib.

1news.az xəbər verir ki, konqresdə dünyanın 120 ölkəsindən-5000 nəfər alim və tədqiqatçı iştirak edib. Konqresə təqdim edilən məqalələrin,çıxış və sessiyaların proqramı 554 səhifə həcmindədir.(https://wcprome2024.com/wp-content/uploads/2024/08/Full-Programme_WCP_rev09.pdf)

Əsas şüarı -“Sərhədləri aşan fəlsəfə”( “Philosophy Across Boundaries") olan Konqres tədqiqatçılar üçün həm qlobal,həm də lokal coğrafiyalarda ən müxtəlif: ictimai,siyasi, sosial, mədəni-mənəvi, tarixi,hüquqi, süni intellekt, ekoloji etika və s. mövzularda müzakirələr və fikir mübadiləsi aparmaq üçün platforma olub. 2 Simpozium və 89 sessiyada məruzələrin edildiyi, interaktiv seminarlar və əməkdaşlıq dialoqlarının, dəyirmi masaların keçirildiyi Konqresdə əsas müzakirə mövzularından biri-qlobal iqlim böhranı, ətraf mühitlə bağlı vəziyyət,ekoloji mədəniyyət və s.olub.

Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə heyətinin üzvü, departament müdiri prof.Tahirə Allahyarova tədbirdə Azərbaycanı təmsil edib. T.Allahyarova, İqlim və ekologiya ilə bağlı sessiyada ayrıca məruzəçi, habelə, 2 dəyirmi masada təşkilatçı və çıxışçı olub.

Konqresin “14. Ətraf Mühit Fəlsəfəsi və Davamlı İnkişaf"(14. Environmental Philosophy and Sustainability) adlı sessiyasında T.Allahyarovanın “Qlobal iqlim böhranının sosial və fəlsəfi əsasları” (Philosophical and social aspects of the global climate crisis)mövzusunda məruzəsi təqdim edilib. Çıxışdan sonra iştirakçıların:Kanadanın “Qlobal Tədqiqatlar Mərkəzi”nin və Viktoriya Universitetinin “Fəlsəfə və Ətraf Mühit Tədqiqatları”mərkəzinin professoru Tomas Heyd, Cənubi Afrika,Yohannesburqdakı “Şimal Qərb Universiteti”ndən ( North West University NWU) fəlsəfə doktoru, xanım Yolandi M. Coetser və s. şəxslərin iqlim və ekoloji böhranın həlli yönündə görülən işlərlə bağlı sualları cavablandırlıb.

STM-nin təşəbbüsü ilə Konqres çərçivəsində “COP29 konfransının Azərbaycanda ekoloji fəlsəfənin və davamlı inkişafın daha da təkmilləşdirilməsinə gözlənilən müsbət təsiri” (“Expected positive impact of COP29 conference on further improvement of environmental philosophy and sustainable development in Azerbaijan") adlı dəyirmi masa keçirilib.La Sapienza Universitetinini “YurisPrudensiya”-Hüquq fakültəsi korpusunda keçirilən dəyirmi masada iqlim və ətraf mühit profilli tədqiqatçılar: Noriko Hashimoto(Yaponiya), Nicola Zengiaro (İtaliya), İrene Bugallo (Argentina), Karen Joisten (Almaniya), Joisten Renner Kim (Kanada), Angela Michelis (Italiya), Trung Do (Vyetnam), Hans Jonas Jelson Oliviera (Braziliya),habelə,Azərbaycan daxil olmaqla, Türk dilli dövlətlərin təmsil edən tədqiqatçılar iştirak edib.

Konqresn i(ÜFK) 124 illik tarixində ilk dəfə “Türk xalqlarının fəlsəfi irsi” adlı dəyirmi masada STM-nin təmsil edilib.

Dekolonizasiya aspektində, müxtəlif (qeyri-Qərb) xalqların elmi-mədəni, sosial-fəlsəfi irsinə münasibət, dünyaya türk elmi-fəlsəfi baxışı ilə bağlı dərin elmi əhəmiyyətli müzakirələr baş tutub.Dəyirmi masada Özbəkistandan, Azərbaycandan, Almaniyadan, Qazaxıstandan, Qırğızıstandan,Tacikistandan olan alim-tədqiqatçılar: N.Shermuhkhamedova, T.Allahyarova, A.Rettova, A.Əsədov, R. Nazariyev, A. Zagikyzy, J.Bokoşov, N.Nishanova, O.Muhammadiyeva, C.Kodirov, U.Karabayev, A.Əsədova, G. Ruzmatova, T. İbaydullaev,E.Nuriddinov,B.Bilegenova,M.Raximov,M.Sabirova və başqaları məruzələrlə çıxış edib. Prof T.Allahyarova “Türk xalqlarının fəlsəfi fikir tarixinin öyrənilməsinə metodoloji yanaşmalar: Türk sivilizasiyasının fəlsəfi irsinin özünəməxsusluğu məsələləri, problemlər, bəzi təkliflər” mövzusunda təqdimatla çıxış edib. Dəyirmi masada Almaniyanın Bayroyt Universitetinin (University of Bayreuth), professoru Alena Rettova “Dekolonizasiya və xalqların irsi” ilə bağlı təqdimatında sosial elmlərə “Afrika qitəsinin ictimai-siyasi fikir, mənəvi irsinə, Qərb dünyasının kolonializm-müstəmləkəçilik dövründə tətbiq edilən birtərəfli yanaşmalar, bu xalqların “düşüncəsinin geri qalması və onların modernləşdirilərək inkişaf etdirilməsi”, elmi akademik deyil, “ekzotik” bir irs kimi qiymətləndirməsini, Avropamərkəzçilik və kolonializm arasında səx bağların olmasını, və s. qeyd etdi.

Dəyirmi masa sonrası “dekolonizasiya və dünya xalqlarının sosial-fəlsəfi irsinə avropamərkəzçi yanaşmanın nəticələri” mövzusunda prof. A.Rettova ilə aparılan ayrıca müzakirədə Azərbaycanın BMT səviyyəsində dekolonizasiya probleminin həllinə verdiyi töhfələr, “Bakı Təşəbbüs Qrupu” nun təsis edilməsi və onun tarixi fəaliyyəti ilə bağlı məlumat verildi. Habelə,bu istiqamətdə STM və Bayroyt Universiteti arasında əməkdaşlıq məsələlərinə də toxunulub.

Konqres-qarşılıqlı elmi əməkdaşlıq və elmi mübadilələrin inkişaf etdirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edib.

Konqresə keçirilən rəsmi sessiyalarla yanaşı, iştirakçıların əməkdaşlıq və qarşılıqlı elmi fikir mübadiləsinə təşviq edən toplantılarda xaricdəki sosial tədqiqatlar sahəsində çalışan həmkarlarla faydalı əlaqələr yaratmaq, akademik məşğulluq yönündə mübadilə proqramları ilə bağlı müzairələr aparıldı. Müasir mürəkkəb dövrdə sosial elmlərin cəmiyyətdə davamlı aktuallığını, bu sahədə dialoq ehtiyacının zəruriliyi vurğulandı,məsləhətləşmələrin davam etdirilməsi qərara alınıb

Konqresə-Azərbaycandan, STM təmsilçisi ilə yanaşı, AMEA-Fəlsəfə və Sosiologiya İnstitutundan 3 alim: professor A.Əsədov, fəlsəfə doktoru N.Əsədova, fəlsəfə elmləri doktoru A.Əsədova qatılıb. Konqresə MDB məkanından sayca ən çox qatılanlar -Orta Asiya türkdilli ölkələrinin alim və tədqiqatçıları olub.

Yekun olaraq, 25-ci Dünya Fəlsəfə Konqresinə elmi ezamiyyət müddətində:

· Azərbaycanı, STM-ni layiqli şəkildə təmsil etmək məqsədinə nail olunub.

· Konqresə qəbul olunan məqalələr çap olunmuş kitabda elektron, habelə, disk şəklinə dərc ediləcək.

· STM -nin təşəbbüsü ilə Konqres çərçivəsində COP 29-a həsr edilmiş dəyirmi masa təşkil edilib.İştirakçılar ölkəmizin bu sahədə qlobal təşəbbüsləri ilə bağlı məlumatlandırılıb.

· Konqresin 125 illik tarixində ilk dəfə keçirilən “Türk xalqlarının düşüncə irsi” mövzusunda dəyirmi masa təşkil edilib. STM təmsilçisi mövzu ilə bağlı təqdimatla çıxış edib.

· Elmi əlaqələr və əməkdaşlığın qurulması yönündə: Türkdilli dövlətlərin tədqiqatçıları,habelə, xarici həmkarlarla ikitərəfli və çoxtərəfli elmi mübadilələrin həyata keçirilməsi, sosial elmlər sahəsində tədqiqatçıların, profil beyin mərkəzlərinin daha sıx şəbəkələşməsi, əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı yekdil fikrə,konkret addımların atılması üçün online məsləhətləşmələrə başlanması ilə bağlı qərara gəlinib.

Paylaş:
307

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər