Rəşad Nəbiyev Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri ilə görüşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Rəşad Nəbiyev Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri ilə görüşüb

Qafar Ağayev10:13 - 14 / 08 / 2024
Rəşad Nəbiyev Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri ilə görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanda səfərdə olan Türkiyə Respublikası Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünlə görüşüb.

Bu barədə 1news.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Qeyd edilib ki, görüşdə İKT, kosmik sənaye, süni zəka və kibertəhlükəsizlik sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Azərbaycanda bu sahələrdə təlim proqramlarının həyata keçirilməsi və iki ölkə mütəxəssislərinin təcrübə mübadiləsinin təşkili istiqamətində tədbirlər görülməsi qərarlaşdırılıb.

Paylaş:
214

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər