Sumqayıt bulvarında dənizdən meyit tapılıb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıt bulvarında dənizdən meyit tapılıb - YENİLƏNİB

17:36 - 20 / 08 / 2024
Sumqayıt bulvarında dənizdən meyit tapılıb - YENİLƏNİB

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində dənizdə suyun üzərində bir nəfər kişi meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub.

1news.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

17:09

Sumqayıtda dənizdən meyit tapılıb.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə Sumqayıt bulvarında qeydə alınıb.

Meyiti tapılan şəxsin bir neçə gün öncə dənizdə batdığı ehtimal olunan kişi olduğu bildirilir.

Paylaş:
577

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər