Bu şəxslərin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu şəxslərin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir

Qafar Ağayev15:07 - 27 / 08 / 2024
Bu şəxslərin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsinin nəticələrinə əsasən, 2024–2025-ci tədris ili üçün 55 656 nəfər universitetlərə qəbul olunub. Onlardan 27 117 nəfəri dövlət sifarişi əsasında, 28 539-u isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Elm və Təhsil Nazirliyindən 1news.az-a verilən xəbərə görə, ödənişli əsaslarla təhsil alan və sosial müdafiəyə ehtiyacı olan aşağıdakı şəxslərin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir:

• dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər;

• dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində təhsil alan şəhid ailəsinin üzvləri;

• dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində təhsil alan Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları;

• dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində təhsil alan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər;

• dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində təhsil alan orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər;

• dövlət ali təhsil müəssisələrində təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusuna malik Azərbaycan Respublikasının vətəndaşları.

Eyni zamanda, bildiririk ki, Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına əyani təhsil alan tələbələrə güzəştli kreditlər verilir. Təhsil kreditinin əldə olunması üçün www.e-ttkf.edu.az elektron portalına müraciət edə bilərsiniz.

Qeyd edək ki, 28 avqust saat 11:00-da ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start veriləcək. Abituriyentlər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Elektron sistem üzrə qeydiyyat 6 sentyabr saat 18:00-da başa çatacaq.

Paylaş:
329

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər