Paralimpiya çempionu: “Qələbəmi şəhidlərimizə həsr edirəm” | 1news.az | Xəbərlər
İdman

Paralimpiya çempionu: “Qələbəmi şəhidlərimizə həsr edirəm”

09:32 - 04 / 09 / 2024
Paralimpiya çempionu: “Qələbəmi şəhidlərimizə həsr edirəm”

“Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan ilk azərbaycanlı parataekvondoçu olduğum üçün çox xoşbəxtəm”.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan parataekvondo üzrə Azərbaycan millisinin üzvü İmaməddin Xəlilov (K44, 70 kiloqram) jurnalistlərə açıqlamasında deyib.

O, əldə etdiyi nəticəyə görə Azərbaycan xalqına təşəkkür edib: “Özümlə qürur duyuram. Sosial şəbəkələrdə çoxlu dəstək mesajları alırdım. Bilirdim ki, çempion olacağam. Bu nəticə gələcəkdə digər idmançılar üçün də əlavə stimul olacaq. Qələbəmi şəhidlərimizə həsr edirəm”. Turnirdə 3 parataekvondoçu ilə təmsil olunan yığmanın üzvləri ümumilikdə 2 medal (1qızıl və 1 bürünc) əldə ediblər. İmaməddin Xəlilov (K44, 70 kiloqram) qızıl, Sabir Zeynalov (K44, 58 kiloqram) bürünc medal qazanıbsa, Əbülfəz Abuzərli (K44, 80 kiloqram) 1/4 finala kimi irəliləyib. Azərbaycan millisi yekun sıralamada yalnız Türkiyə seçməsindən geri qalıb. Üçüncü sırada isə Böyük Britaniya komandası yer alıb. Qeyd edək ki, parataekvondo yarışlarında ümumilikdə 52 ölkə təmsil olunub.

Paylaş:
925

Son xəbərlər

Bütün xəbərlər