Dəmiryol stansiya və vağzallarına şəxsi avtomobillə gələn sərnişinlərin nəzərinə | 1news.az | Xəbərlər
Cəmiyyət

Dəmiryol stansiya və vağzallarına şəxsi avtomobillə gələn sərnişinlərin nəzərinə

Qafar Ağayev12:51 - 04 / 09 / 2024
Dəmiryol stansiya və vağzallarına şəxsi avtomobillə gələn sərnişinlərin nəzərinə

"Azərbaycan Dəmir Yolları" QSC-nin Bakı-Pirşağı-Sumqayıt xətti boyunca yerləşən stansiya və vağzallara aid avtodayanacaqlar sərnişinlərin istifadəsi üçün açıqdır.

Bu barədə 1news.az-a ADY-dən məlumat verilib.

Bildirilib ki, şəhər mobilliyinin dəstəklənməsi və sərnişinlərin rahatlığının təmin edilməsi üçün Keşlə, Bakıxanov, Zabrat 1, Zabrat 2, Məmmədli, Pirşağı və Novxanı dəmiryol dayanacaqlarından istifadə qatarların hərəkət saatları (06:00-00:00) ərzində ödənişsizdir.

"Hər bir stansiya və vağzalda istifadə qaydaları və digər məlumatların yer aldığı lövhələr quraşdırılıb", - deyə qurumdan məlumat verilib.

Paylaş:
176

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər