Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub

Qafar Ağayev11:44 - 05 / 09 / 2024
Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub

Sentyabrın 5-i saat 09:55 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib.

"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb", - məlumatda vurğulanıb.

Paylaş:
226

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər