Avrora şirkəti “İstisu” təbii mineral sularının rəsmi distribütoru oldu | 1news.az | Xəbərlər
İqtisadiyyat

Avrora şirkəti “İstisu” təbii mineral sularının rəsmi distribütoru oldu

12:46 - 06 / 09 / 2024
Avrora şirkəti “İstisu” təbii mineral sularının rəsmi distribütoru oldu

“Avrora” MMC və “İstisu” mineral su zavodu arasında partnyorluq haqqında müqavilə imzalanıb.

Müqaviləyə əsasən “Avrora” MMC “İstisu” brendi adı altında istehsal olunan təbii mineral suların Azərbaycan üzrə ticarət nöqtələrinə satışını həyata keçirəcək. “İstisu” təbii mineral sularının istehlakçılara əlçatanlığını təmin etmək üçün Avrora şirkəti 12000-dən çox ticarət nöqtəsinə məhsulların paylanmasını həyata keçirəcək. Məlumat üçün bildirək ki, mənbəyini Azərbaycanın Kəlbəcər rayonunun dağlıq bölgəsində, dəniz səviyyəsindən 1600 metrdən çox yüksəklikdə yerləşən termal su yataqlarından götürən və təbii halda 60°C-dən yuxarı temperaturda çıxan “İstisu” mineral suyu regionun minerallarla zəngin nadir suyu kimi xarakterizə olunur. İstisu litium, brom, yod, arsen, fosfor, sink, med, nikel, maqnezium, dəmir kimi minerallarla zəngindir.

Kəlbəcərin İstisu qəsəbəsində SSRİ dövründə də zavod fəaliyyət göstərmişdir. Lakin erməni işğalı zamanı bir çox iqtisadi mərkəzlərimiz kimi, İstisu sanatoriyaları və zavodu dağıdılıb istifadəsiz qalmışdı. Tarixi zəfərimizdən sonra “İstisu” təbii mineral su zavodunun təməli 2022-ci il iyunun 26-da Prezident İlham Əliyev tərəfindən qoyulub və zavodda quruculuq işləri 2024-cü ildə tam başa çatdırılıb.

Sentyabrın 2-sində isə zavodun Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə rəsmi açılışı olub.

Reklam hüququnda

Paylaş:
407

Son xəbərlər

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıbBu gün, 10:10Bakı Ekspo Mərkəzində Xəzər İnşaat Həftəsi keçiriləcəkBu gün, 09:48Səbail rayonunda intihara cəhd edən şəxs xilas olunub - VİDEOBu gün, 09:25Bakıda sıxlıq olan küçə və prospektlər - SİYAHIBu gün, 09:08Dövlət başçısı Beninin yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB14 / 10 / 2024, 18:07Prezident Estoniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB14 / 10 / 2024, 17:53“Yaşıl keçid və iqlim dəyişikliyi: COP29 ilə bağlı nəzəri və praktiki yanaşmalar” başlıqlı dəyirmi masa baş tutub14 / 10 / 2024, 17:33İlham Əliyev Qətərin yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB14 / 10 / 2024, 17:21Prezident Belçikanın Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB14 / 10 / 2024, 17:04Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?14 / 10 / 2024, 16:46IDEA İctimai Birliyi PASHA Qrupunun dəstəyi ilə növbəti təmizlik aksiyası təşkil edib - FOTO14 / 10 / 2024, 16:14Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni səlahiyyətlər verilib14 / 10 / 2024, 15:57COP29 - təhlükəsiz, inklüziv və davamlı gələcək naminə platforma14 / 10 / 2024, 15:38Kapital Bank 2024-cü ilin 3-cü rübü üzrə maliyyə nəticələrini elan edib14 / 10 / 2024, 15:35Dövlət başçısı bir sıra məhkəmələrə sədr və sədr müavinlərini təyin edib14 / 10 / 2024, 15:26Bu gün Xalq şairi Məmməd Arazın doğum günüdür14 / 10 / 2024, 15:10Xəzər İnşaat Həftəsinə 1 gün qaldı14 / 10 / 2024, 15:00XİN: “Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı mina terrorunu davam etdirməsinə göz yummamalıdır”14 / 10 / 2024, 14:48Azərbaycan Ordusunun döyüş təyyarələri təlim-məşq uçuşları icra edib - VİDEO14 / 10 / 2024, 14:31Sabirabad sakininin 135 min manatdan çox pulu ələ keçirilib14 / 10 / 2024, 14:03
Bütün xəbərlər