Salyan şossesinin “Lökbatan dairəsi” adlanan hissəsi təmir edilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Salyan şossesinin “Lökbatan dairəsi” adlanan hissəsi təmir edilir

Qafar Ağayev16:50 - 11 / 09 / 2024
Salyan şossesinin “Lökbatan dairəsi” adlanan hissəsi təmir edilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Salyan şossesinin “Lökbatan dairəsi” adlanan hissəsində təmir işləri aparır.

1news.az agentliyə istinadən xəbər verir ki, şose boyunca müəyyən hissələrdə asfalt-beton örtükdə çat və qabarmalar müşahidə olunurdu. Bu isə rahat gediş-gəlişə maneə yaradırdı. Aparılan təmir işləri ilə sözügedən şossenin şəhərdən çıxış istiqamətində olan hissəsi üzrə artıq bu problem aradan qaldırılıb.

Burda köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə mövcud piyada səkiləri bərpa olunub, kənarlarına yeni səki daşları düzülüb, həm yolun hərəkət hissəsinə, həm də piyada səkilərinin üzərinə yeni asfalt-beton örtüyü döşənib.

Anoloji işlər hazırda yolun “Lökbatan dairəsi” adlanan hissəsində davam etdirilir.

Növbəti mərhələdə təmir işləri sözügedən şosenin şəhər mərkəzi istiqamətində olan hissəsi üzrə davam etdiriləcək.

Ərazidə çalışan işçilərin və yoldan istifadə edən sürücülərin təhlükəsizliyi baxımından avtonəqliyyat vasitələrinin hərəkəti aparılan işlərdən asılı olaraq qismən və ya tam məhdudlaşdırılır.

"Bir daha sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.

Paylaş:
104

Son xəbərlər

​​​​​​​Azərbaycan-İraq biznes forumu keçirilib - FOTOBu gün, 18:57Ali Məhkəmədən hüquqşünaslara MÜRACİƏTBu gün, 17:53Norveçdə ilk dəfə elektrikli avtomobillərin sayı benzinlə işləyən avtomobilləri keçdiBu gün, 17:25Mikayıl Cabbarov İraqın ticarət naziri ilə görüş keçirdi - FOTOBu gün, 17:23Heydər Əliyev Fondu Qaradağda körpələr evi-uşaq bağçasını bərpa edibBu gün, 17:20Dənizkənarı Bulvar İdarəsinin sabiq vəzifəli şəxsi barəsində cinayət işi başlanıbBu gün, 17:06Xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib - VİDEOBu gün, 16:58Prezident Salyan və Hacıqabula icra başçısı təyin etdiBu gün, 16:30Sevindik Hətəmov Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibBu gün, 16:23Prezident Hacıqabulun icra başçısını vəzifəsindən azad etdiBu gün, 16:21Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?Bu gün, 16:09Birbank Star kartı ilə faizsiz və komissiyasız yeni dövr başlayırBu gün, 16:03Universitetlərdə yeni ixtisasların açılması üçün təkliflər hazırlanacaqBu gün, 15:33Baş Prokurorluğun Elm-Tədris Mərkəzinə rəis təyin edilibBu gün, 15:29Məktəblilərimiz beynəlxalq fənn olimpiadalarında ölkəmizə medallar qazandırıblarBu gün, 15:13Topalhəsənli-Kərəmli avtomobil yolunun əsaslı təmiri yekunlaşmaq üzrədirBu gün, 14:54“Rhenus Group” şirkəti COP29-un tərəfdaşı olacaqBu gün, 14:37Silah, nakotik satışı - Mehdiabad qəsəbəsində axtarışda olan 14 nəfər saxlanılıbBu gün, 14:33Bu gün Səməd Səmədovun doğum günüdürBu gün, 14:29HDQ-də “Partlayıcı sursatların zərərsizləşdirilməsi” kursu keçirilir - VİDEOBu gün, 14:06
Bütün xəbərlər