Masallıda “KOB FEST” sərgi-satış yarmarkası keçirilir - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Masallıda “KOB FEST” sərgi-satış yarmarkası keçirilir - FOTO

Qafar Ağayev16:12 - 13 / 09 / 2024
Masallıda “KOB FEST” sərgi-satış yarmarkası keçirilir - FOTO

Masallı rayonunda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “KOB FEST” sərgi-satış yarmarkası keçirilir.

1news.az xəbər verir ki, yarmarkada Masallı, eləcə də ətraf şəhər və rayonlardan 50-dən çox mikro və kiçik sahibkarlıq subyektinin qida və qeyri-qida məhsullarının, sənətkarların və yaradıcı şəxslərin əl işlərinin satışı həyata keçirilir. “KOB FEST” çərçivəsində mədəni-əyləncəli proqram, yaradıcı şəxslərin və sənətkarların master-klassları da təşkil olunub.

Sərgi-satış yarmarkası sentyabrın 15-dək hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərəcək.

Yarmarkanın açılış mərasimində çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov tədbirin KOB-ların məhsul və xidmətlərinin tanıdılması, satış imkanlarının genişləndirilməsi, mikro və kiçik sahibkarlıq subyektləri arasında əlaqələrin qurulması və genişləndirilməsi baxımından faydalı olacağını bildiriblər.

Qeyd edək ki, “KOB FEST” sərgi-satış yarmarkaları regionlarda fəaliyyət göstərən mikro və kiçik sahibkarların istehsal etdiyi məhsul və xidmətlərin tanıdılması, satışına dəstək olmaq məqsədilə təşkil olunur. Yarmarka həmçinin, KOB subyektlərinin yeni əməkdaşlıqlar qurması, B2B görüşlərin keçirilməsi, sahibkarların satış bacarıqlarının inkişaf etdirilməsinə də öz töhfəsini verir. Masallı rayonundan əvvəl “KOB FEST” Bakı, Göygöl, Şəki və Gəncə şəhərlərində keçirilib və bu yarmarkalarda ümumilikdə 190-a yaxın KOB subyektinin məhsul və xidmətləri sərgilənib, satışı həyata keçirilib.

Paylaş:
188

Son xəbərlər

Media nümayəndələri üçün “Daşınmaz əmlakın ilkin qeydiyyatı” mövzusunda seminar keçirilib - FOTOBu gün, 16:32Prezident Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edirBu gün, 16:14Nəqliyyat vasitələrindən bayıra zibil atanların 4 min manatadək cərimələnməsi birinci oxunuşda təsdiqlənibBu gün, 15:50Sentyabrda Bakıda qanunsuz yaşayan 40 əcnəbi polis əməkdaşları tərəfindən saxlanılıbBu gün, 15:32Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB 1Bu gün, 15:18Daha 16 ailə Şuşaya köçüb, onlara yeni evlərinin açarları təqdim olunub - YENİLƏNİBBu gün, 15:02Vladimir Putin: Rusiya ilə Azərbaycan arasında münasibətlər müsbət inkişaf edirBu gün, 14:49“Nar”ın dəstəyi ilə “Kudos” intellektual oyununun finalçıları mükafatlandırıldı - FOTOBu gün, 14:43Xəzərin sahilində 200 kiloqramdan çox narkotik aşkarlanıb, üç nəfər saxlanılıbBu gün, 14:32Çərşənbə gününün hava proqnozuBu gün, 12:49Misirdə Azərbaycan nümayəndə heyətinin iştirakı ilə COP29 Simulyasiya Konfransı başlayıbBu gün, 12:25Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində yol qəzası olubBu gün, 12:14“COP29 yaxınlaşdıqca anti-Azərbaycan qüvvələrin Azərbaycana qarşı təzyiqləri güclənir”Bu gün, 11:49FHN: Ötən sutka 9 nəfər xilas edilibBu gün, 11:26Bakıda ahıl şəxsləri aldadaraq pullarını ələ keçirən iki nəfər polis tərəfindən saxlanılıbBu gün, 11:02Dünya bazarlarında qızıl cüzi ucuzlaşıbBu gün, 10:38BŞİH-də növbəti müşavirə keçirilibBu gün, 10:06Azərbaycan neftinin qiyməti 83 dollara yaxınlaşıbBu gün, 09:31Beyləqanda narkokuryerlərdən 15 kq marixuana aşkarlanıbBu gün, 09:15Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb - SİYAHIBu gün, 09:05
Bütün xəbərlər