Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilib

Qafar Ağayev15:14 - 24 / 09 / 2024
Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistan Respublikası Baş nazirinin müavini Cəmşid Xocayevlə görüşüb.

1news.az xəbər verir ki, görüşdə bildirilib ki, dövlət başçılarının siyasi iradəsi və birgə səyləri ölkələr arasındakı strateji tərəfdaşlıq əlaqələrinin təməlini təşkil edir. Özbəkistan - Azərbaycan əlaqələri çoxtərəfli xarakter daşıyır və iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir. Özbəkistanla, enerji, kənd təsərrüfatı, turizm, kiçik və orta sahibkarlıq, səhiyyə və yükdaşımalar kimi sektorlarda geniş əməkdaşlıq gündəliyi üzrə işlər görülür. Sənayenin bir sıra istiqamətləri, eləcə də nəqliyyat-logistika üzrə işbirliyinin möhkəmləndirilməsi üçün münbit şərait var.

Görüşdə Azərbaycan və Özbəkistanda yüksək texnologiyalı məhsul istehsalının təşviqi, ticarət dövriyyəsinin artırılması, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi, xarici investisiyaların cəlb edilməsi kimi məqsədlərə yönəlmiş Azərbaycan - Özbəkistan İnvestisiya şirkətinin fəalliyyəti vurğulanıb. Bildirilib ki, birgə reallaşdırılan layihələr regionda iqtisadi sabitliyə, xalqlarımızın rifahına, ölkələrimizin biznes subyektlərinin perspektivli ticarət platformalarına çıxışına, yeni iş yerlərinin yaranmasına və yerli infrastrukturun təkmilləşməsinə təkan verəcək.

Tərəflər 2024-2025-ci illər üçün ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsinə dair Yol Xəritəsi çərçivəsində sənaye, energetika, logistika, kənd təsərrüfatı və turizm sahələrində fəaliyyətin perspektivlərini dəyərləndiriblər.

Paylaş:
233

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər