Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılacaq

Qafar Ağayev16:56 - 26 / 09 / 2024
Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılacaq

28 sentyabr 00:00-dan etibarən Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində (Müasir İnnovasiyalar Liseyinin qarşısından 28 May küçəsilə kəsişməyədək) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin giriş-çıxışı tam məhdudlaşdırılacaq.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Paylaş:
196

Son xəbərlər

Bütün xəbərlər