İcma: Litva qoy gedib müxtəlif xalqların harmoniya içində yaşamasını Azərbaycandan öyrənsin | 1news.az | Xəbərlər
Siyasət

İcma: Litva qoy gedib müxtəlif xalqların harmoniya içində yaşamasını Azərbaycandan öyrənsin

Qafar Ağayev14:44 - 03 / 10 / 2024
İcma: Litva qoy gedib müxtəlif xalqların harmoniya içində yaşamasını Azərbaycandan öyrənsin

Qərbi Azərbaycan İcmasının bəyanat yayıb.

1news.az bəyanatı təqdim edir: "Litvanın xarici işlər naziri Qabrieulius Landsberqis Avropa Şurasının Parlament Assambleyasında bir sıra anti-Azərbaycan fikirlər səsləndirmişdir.

Litvanın xüsusən Vətən müharibəsindən sonra sistemli xarakter almış anti-Azərbaycan fəaliyyəti ikrah doğurur. “Lazım bildiyim anda Azərbaycanda sui-istifadə halları ilə bağlı açıqlamalar verəcəm” kimi şit və təkəbbürlü bəyanatlarla Litva naziri özünü və ölkəsini gülünc vəziyyətə salır. Təəssüf ki, bu gün Qərbdə Azərbaycanofobiya mərəzinə yoluxmuş, danışdığı sözün mahiyyətini dərk etməyən, iddiası ilə imkanları tərs mütənasib olan, dövlətçilik təfəkküründən uzaq çoxlu sayda qeyri-ciddi, diletant siyasətçi var.

Öz ərazisində milli azlıqların hüquqlarını kütləvi və sistemli şəkildə pozan, vətəndaşsızlıq hallarına səbəb olan Litva Azərbaycana insan hüquqları mövzusunda nəyisə öyrətmək haqqına sahib deyil. Litva qoy gedib müxtəlif xalqların harmoniya içində yaşamasını Azərbaycandan öyrənsin. Litva Fransa, Niderland, Kanada ilə birlikdə Azərbaycana “öyüd-nəsihət verə bilən” axırıncı ölkələrdəndir.

Reç Pospolitanın xiffətini çəkən litvalı nazir müstəqilliyini birinci olaraq tanıdıqları Ermənistan rəsmilərinin ən azı sözdə ifadə etdikləri “mifik Ermənistan”dan “real Ermənistan”a keçid niyyəti kimi “real Litva”ya keçməlidir.

Q.Landsberqisin qayıdış hüququnu yalnız etnik ermənilərə aid etməsi, Ermənistanın etnik təmizləməsinə məruz qalmış bir milyondan artıq azərbaycanlıya, o cümlədən qərbi azərbaycanlılara qarşı ayrı-seçkiliyin, qərəzin, onun səlibçi təfəkkürünün göstəricisidir.

Avropa Şurası Parlament Assambleyasının bir ovuc rasist və korrupsioner üzvünün Azərbaycana girişinə icazə verilməməsi məsələsinə gəldikdə, vurğulamaq lazımdır ki, suveren bir dövlət kimi onlara giriş qadağası qoymaq tamamilə Azərbaycanın haqqıdır. Litvalı nazirin bununla bağlı da açıqlamaları lüzumsuzdur. Həmin addım Azərbaycana və Azərbaycan xalqına qarşı etnik və dini ayrı-seçkiliyin ifşa edilməsinə və insan hüquqlarının təşviqinə xidmət edir".

Paylaş:
344

Son xəbərlər

Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46Tuvalulu naziri Buradakı müzakirələrin kiçik ada dövlətlərinə də ciddi təsiri varBu gün, 12:50
Bütün xəbərlər