Fransa səfiri Azərbaycan XİN-ə çağırılıb | 1news.az | Xəbərlər
Siyasət

Fransa səfiri Azərbaycan XİN-ə çağırılıb

14:49 - Bu gün
Fransa səfiri Azərbaycan XİN-ə çağırılıb

Noyabrın 20-də Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb.

XİN-dən 1news.az-a verilən xəbərə görə, görüş zamanı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində və sessiya zamanı Fransanın Azərbaycan sədrliyinin hədəf alınmasına etiraz bildirilib.

Bu xüsusda, Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin bu mötəbər tədbirinin boykot edilməsinə çağırışların, bir çox dövlət başçılarının tədbirə qatılmamağa Fransa tərəfindən təşviq edilməsinin, eləcə də COP29 konfransı başlayan zaman Fransanın xüsusi səyləri ilə Avropa Parlamentində sədrliyimizi əsassız şəkildə tənqid edən, ümumilikdə isə iqlim dəyişmələri ilə mübarizə sahəsində qlobal səylərimizə qarşı çevrilmiş qətnamənin qəbulunun qəbuledilməz olduğu vurğulanıb.

Bununla yanaşı, Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, militarizmi və revanşizmi təşviq edən Fransanın addımlarının sülh prosesinə zərbə olduğu diqqətə çatdırılıb.

Azərbaycanı hədəf alan, eləcə də normallaşma prosesini təhlükə altına salan bu addımlara son qoyulması Fransa tərəfindən təkidlə tələb olunub.

Paylaş:
40

Son xəbərlər

Rauf Vəliyev: ASCO 2012-ci illə müqayisədə emissiyaların 20% azaldılmasına nail olubBu gün, 17:09“Bir uşağın illik məktəbəqədər təhsil xərci 4200 manatdır”Bu gün, 17:02Türkiyəli nazir COP29-da Zəngəzur dəhlizi və Orta dəhlizdən danışdıBu gün, 16:36Şəkidə maşın aşıb, xəsarət alan varBu gün, 16:35Sahibə Qafarova Rusiyaya işgüzar səfər edibBu gün, 16:34AYNA: COP29-un 9 günü ərzində 378 minə yaxın sərnişin daşınıbBu gün, 16:33Türkiyəli nazir: COP29 kimi genişmiqyaslı bir tədbirə ev sahibliyi etmək böyük cəsarət tələb edirBu gün, 16:08Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edibBu gün, 16:03Bu gün Xalq artisti Qədir Rüstəmovun doğum günüdürBu gün, 15:49“Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verirBu gün, 15:31Kəlbəcərdə ilk yerli külək elektrik stansiyasına investisiya haqqında memorandum imzalanıb - FOTOBu gün, 15:22DİM magistarturaya qəbul olmaq istəyən əvvəlki illərin məzunlarına çağırış edibBu gün, 15:16Fransa səfiri Azərbaycan XİN-ə çağırılıbBu gün, 14:49Rəşad Nəbiyev: Mikromobillik üçün 100 kilometr uzunluğunda infrastrukturun yaradılması planlaşdırılırBu gün, 14:26Azərbaycanın energetika naziri latviyalı həmkarı ilə yaşıl enerjinin inkişafını müzakirə edibBu gün, 14:18Nigar Arpadarai: COP29 çərçivəsində turizmlə bağlı müzakirə böyük əhəmiyyətə malikdirBu gün, 13:46Evini əxlaqsızlıq yuvasına çevirən qadın həbs edildiBu gün, 13:45Biləsuvar sakini dəm qazından boğularaq ölübBu gün, 13:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşıbBu gün, 13:15Komitə sədrindən MAP təşəbbüsü ilə bağlı çağırışBu gün, 12:21
Bütün xəbərlər