Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edib | 1news.az | Xəbərlər
Dünya

Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edib

Qafar Ağayev12:37 - 28 / 11 / 2024
Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edib

Rusiya qüvvələrinin Ukraynanın enerji obyektlərinə genişmiqyaslı hücumları nəticəsində ölkə üzrə elektrik fasilələri yaranıb.

1news.az xəbər verir ki, bunu Ukraynanın Energetika naziri Herman Haluşenko deyib.

O, vətəndaşları sığınacaqlara getməyə çağırıb.

Bildirilib ki, hücumlar nəticəsində Odessa şəhərində bir nəfər yaralanıb, Xarkovda mülki yaşayış məntəqələri bombalanıb. Lutskda partlayışlar nəticəsində elektrik enerjisi kəsilib.

Paytaxt Kiyev və digər bölgələrdə hava hücumu xəbərdarlığı elan olunub.

Ukrayna hakimiyyəti əhalini ehtiyatlı olmağa və təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Paylaş:
918

Son xəbərlər

Tovuzda minik maşını aşıb

17 / 04 / 2025, 14:24
Bütün xəbərlər