“Azərbaycan Dəmir Yolları” Avropa İpək Yolu Sammitində təmsil olunub | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Azərbaycan Dəmir Yolları” Avropa İpək Yolu Sammitində təmsil olunub

Qafar Ağayev13:45 - Bu gün
“Azərbaycan Dəmir Yolları” Avropa İpək Yolu Sammitində təmsil olunub

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Avstriyanın paytaxtı Vyanada keçirilmiş Avropa İpək Yolu Sammitində təmsil olunub.

1news.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, tədbirdə ADY sədrinin müşaviri Emil Məmmədov Orta Dəhliz, Azərbaycanın bu dəhlizin inkişafındakı rolu və Azərbaycan Dəmir Yollarının tranzit yükdaşıma həcminin artırılması üçün regional və beynəlxalq əməkdaşlığı genişləndirməsi barədə təqdimatla çıxış edib, Orta Dəhlizin potensialının reallaşdırılması üçün Bakı–Tbilisi–Qars (BTQ) dəmiryol xəttinin inteqrasiyasının əhəmiyyətini xüsusi vurğulayıb, qeyd edib ki, BTQ illik 5 milyon ton yük ötürücülük gücü ilə Çindən Avropaya tranzit və ixrac yüklərinin səmərəli daşınması üçün daha qısa və sürətli marşrut təklif edir.

ADY rəsmisinin sözlərinə görə, Avropa logistika operatorları və ekspeditor şirkətləri Orta Dəhlizdən istifadəni intensivləşdirməklə regional yükdaşımalar üçün yeni imkanlardan faydalana bilərlər. Həmçinin tədbir iştirakçılarına Qərbdən Şərqə gələn yük bazasının formalaşması, yüklərin Türkiyə və BTQ vasitəsilə Orta Dəhliz üzərindən daşınmasının mümkünlüyü, eləcə də ADY-nin bu istiqamətdə gördüyü işlər haqqında məlumat verilib.

ADY-nin Orta Dəhlizin inkişafı üçün gördüyü işlərdən danışan E.Məmmədov ötən il BTQ-nin modernləşdirilməsinin tamamlandığını və marşrutun səmərəli istismarı üçün Gürcüstan tərəfi ilə birgə müəssisə yaradıldığını deyib. Digər birgə müəssisənin isə Orta Dəhlizin inkişafı üçün Azərbaycan, Gürcüstan və Qazaxıstan arasında təsis edildiyi diqqətə çatdırılıb.

Qeyd olunub ki, ADY Orta Dəhlizin inkişafına daha çox təkan vermək üçün bu ay Azərbaycandan Çinə ilk ixrac blok-qatarının yola salınmasını təmin edib. 62 ədəd 40 futluq konteynerdən ibarət ixrac blok-qatarı Qazaxıstandan keçməklə yükləri Çinin ən böyük quru limanlarından biri olan Sian Limanına çatdıracaq. Bu ilin sonunadək Azərbaycandan Çinə ümumilikdə 600 konteyner ixrac yükünün yola salınması planlaşdırılır.

Eyni zamanda, Azərbaycan, Türkiyə, Mərkəzi Asiya və Avropa dəmiryol təşkilatlarının iştirakı ilə bu il Bakıda Avstriya Dəmir Yollarının da təmsil olunduğu Avrasiya Nəqliyyat Marşrutu Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət görüşünün keçirildiyi, yeni marşrutun əsas hədəfinin Orta Dəhlizin cənub qanadını canlandırmaqla yük həcmini artırmaq olduğu vurğulanıb.

Paylaş:
44

Son xəbərlər

Azərbaycanda payızlıq əkinlərin bəyan müddəti bu ayın sonunda başa çatırBu gün, 15:59Bələdiyyə iclaslarının keçirilməsinə dair yeni prosedur müəyyənləşdiBu gün, 15:39Prokurorluğa qəbul üzrə imtahanın nəticələri açıqlanıbBu gün, 15:24Sevgilisini öldürüb evin həyətində basdırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıbBu gün, 15:08Bakı metrosunda ventilyatorlar qış qrafikinə keçirilibBu gün, 14:47Azad edilmiş ərazilərdə noyabrda aşkarlanan minaların sayı açıqlandıBu gün, 14:42Çəpgözlük əməliyyatı icbari tibbi sığorta hesabına qarşılanırBu gün, 14:41Turizmin COP-da simvolu olan nar ağacı Braziliyada əkilibBu gün, 14:36RİNN haqqında əsasnamə dəyişibBu gün, 14:30Daha bir məktəbdə yanğın olubBu gün, 14:10Suriyada gərginlik artır: Hava hücumlarında 3 nəfər həlak olduBu gün, 13:54“Azərbaycan Dəmir Yolları” Avropa İpək Yolu Sammitində təmsil olunubBu gün, 13:45Dövlət Xidmətindən havaya atılan tullantılarla bağlı ictimai-iaşə obyektlərinə ÇAĞIRIŞBu gün, 13:36Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO - YENİLƏNİBBu gün, 13:21“Təməl dalğıc kursu”nun növbəti buraxılış mərasimi keçirilibBu gün, 13:15Bakıda “Kənddən şəhərə” Yeni il yarmarkası keçiriləcəkBu gün, 13:10SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıbBu gün, 13:01Ceyhun Bayramovla Qvineya-Bisaunun XİN rəhbəri arasında görüş keçirilib - YENİLƏNİBBu gün, 12:4715 aptekdə yoxlama aparılıb, nöqsanlar aşkarlanıbBu gün, 12:39Leysan xarakterli yağış gözlənilir - Sabahın havasıBu gün, 12:30
Bütün xəbərlər