Antalyanın kəndi dünya üzrə ən yaxşı turizm məkanlarından biri oldu | 1news.az | Xəbərlər
Dünya

Antalyanın kəndi dünya üzrə ən yaxşı turizm məkanlarından biri oldu

Qafar Ağayev17:41 - 03 / 12 / 2024
Antalyanın kəndi dünya üzrə ən yaxşı turizm məkanlarından biri oldu

Antalyanın mərkəzində, Toros dağlarının ətəklərində yerləşən Ormana kəndi Dünya Turizm Təşkilatı (UN Tourism) tərəfindən “2024 Dünya Ən Yaxşı Turizm Kəndləri” siyahısına daxil edilib.

1news.az xəbər verir ki, Ormana Türkiyənin Mustafapaşa və Taraklı (2021), Birgi (2022) və Şirincədən (2023) sonra siyahıya daxil olan 5-ci kəndidir.

Manavqat çayının qaynağı olan Ormana Antalya şəhər mərkəzindən cəmi 2,5 saatlıq məsafədə, İbradı mahalında yerləşən qədim bir Yörük kəndidir. Hellenistik dövrdən bəri yaşayış məskəni olan bu kənd mədəni-tarixi möcüzələri və gözəl istirahət imkanları ilə seçilir. 600 nəfərlik əhalisi olan Ormana qorunub saxlanılan memarlıq nümunələri və artıq 57 ildir, qeyd olunan üzüm festivalı ilə orijinallıq axtaran səyyahların diqqətini çəkir.

ormana2

Ormana tarixin, mədəniyyətin və təbiətin əsrlərlə davam edən ahəngini təqdim edir. Kəndin düymə evləri daş və sidr ağacı ilə heç bir məhlul istifadə edilmədən tikilib. Yerli memarlığın ən dayanıqlı nümunələrindən olan bu evlərdə ağac çərçivələr görünən hissələri düymə şəklində olduğu üçün bu adla adlandırılır.

Bu evlərin tikinti üsulu nə qədər unikal olsa da, daha maraqlısı onların dayanıqlığıdır. Torpaq hərəkət etdikdə daşlar elastik hərəkət edə bilir və qalın divarları qışda isti, yayda isə sərin qalır. Son illərdə bu evlər bərpa edilərək butik otellərə çevrilib və turistlərə bölgənin ruhunu hiss etmək və unikal yerli həyat tərzini yaşamaq imkanı təqdim olunur.

Ormana yalnız unikal memarlığı ilə deyil, həm də tarixi və təbii zənginlikləri ilə diqqət çəkir. Təbiət müşahidəsi, foto-safari, mağara tədqiqatı və yürüş kimi bir çox fəaliyyətlər burada mümkündür. Altınbeşik mağarası və Eynif düzü Ormana kəndi və ətrafında mütləq görülməli yerlər arasındadır.

Altınbeşik mağarası Türkiyənin ən böyük, Avropanın isə üçüncü ən böyük yeraltı gölünə ev sahibliyi edir. Buradakı traverten, sarkıt və dikitlər möhtəşəm bir mənzərə yaradır. Bundan əlavə, tarixi İpək Yolunun keçdiyi və yüzlərlə vəhşi yılkı atlarına ev sahibliyi edən Eynif düzündə Səlcuq dövrünə aid Tol Xan və Roma dövründən qalma Erymna antik şəhəri ziyarətçiləri gözləyir.

ormana

Ormana həmçinin üzüm bağları ilə məşhurdur. Bura gələnlər kəndin dadlı çavuş üzümlərini yeyib, keçi pendiri ilə birlikdə bu ləzzətlərin fərqli bir harmoniyasını hiss edə bilərlər. Sentyabr ayında üzüm festivalı keçirilir və bu dövrdə Ormananı ziyarət edənlər həm festivalda iştirak edə, həm də üzümçülük mədəniyyəti ilə tanış ola bilərlər.

Paylaş:
82

Son xəbərlər

Nazir: 100 min uşaq üçün əlavə məktəbəqədər təhsil müəssisələrinin açılması nəzərdə tutulurBu gün, 11:43İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edibBu gün, 11:40Bakıda 6 nəfərin 33 min manatı dələduzluqla ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıbBu gün, 11:29Ali Məhkəmə vergi mübahisələri üzrə ərazi aiddiyyətini müəyyənləşdirdiBu gün, 11:17NİİM-dən yollarda diqqətsizlik və məsuliyyətsiz edənlərə ÇAĞIRIŞ - VİDEOBu gün, 11:11Azərbaycanın daha bir mədəni elementi UNESCO Siyahısına daxil edildi - FOTOBu gün, 10:53Nazir: “Ən yaxşı işlərdən biri 5 yaşlıların məktəbəqədər təhsilə cəlb olunmasıdır”Bu gün, 10:49Ceyhun Bayramov ATƏT XİN Şurasının iclasında iştirak etmək üçün Maltaya gedibBu gün, 10:10Cənubi Koreyada hərbi vəziyyət rejimi ləğv olunubBu gün, 10:09Ağır vəziyyətdə KTM-in reanimasiyasına qəbul edilən xəstə həyata qaytarılıb - FOTOBu gün, 09:55DİN: Ötən gün axtarışda olan 126 nəfər saxlanılıbBu gün, 09:43AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26“Azərbaycan Atabəyləri” tarixi bədii-sənədli filminin qalası olub - FOTOBu gün, 09:21Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 09:13Bakıda sıxlıq olan küçə və prospektlər açıqlandı - SİYAHIBu gün, 09:11OCCRP - jurnalistika pərdəsi altında ABŞ-nin təbliğat aləti03 / 12 / 2024, 21:34Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyasına başlanılıb - ŞƏRTLƏR03 / 12 / 2024, 18:41Azərbaycan və İran XİN rəhbərləri görüşüb, əməkdaşlığın inkişafı müzakirə edilib - FOTO - YENİLƏNİB03 / 12 / 2024, 17:59Haqsız rəqabətə görə 190 min manata yaxın cərimə yazılıb03 / 12 / 2024, 17:51Masazırda kişi qətlə yetirilib03 / 12 / 2024, 17:46
Bütün xəbərlər