ABŞ-nin Qafqaz üzrə baş müşaviri Lui Bono Azərbaycanda səfərdədir | 1news.az | Xəbərlər
Siyasət

ABŞ-nin Qafqaz üzrə baş müşaviri Lui Bono Azərbaycanda səfərdədir

Qafar Ağayev17:29 - 06 / 12 / 2024
ABŞ-nin Qafqaz üzrə baş müşaviri Lui Bono Azərbaycanda səfərdədir

ABŞ Dövlət Katibinin köməkçisinin müavini Coşua Hak və Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono həmkarları ilə yüksək səviyyəli görüşlər keçirmək, səfir Libby və onun komanda üzvləri ilə məsləhətləşmələr aparmaq üçün bu gün Bakıya səfər ediblər.

1news.az xəbər verir ki, bu barədə ABŞ Səfirliyinin "X" hesabında paylaşım edilib.

"Azərbaycan rəsmiləri ilə apardıqları müzakirələrdə Dövlət Katibinin köməkçisinin müavini Hak və baş məsləhətçi Bono Azərbaycan və Ermənistan arasında davamlı və ləyaqətli sülhə nail olmaq üçün növbəti addımları, ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, və COP29-un uğurundan sonra iqlim məsələləri üzrə əməkdaşlığı müzakirə ediblər", - paylaşımda deyilir.

Paylaş:
312

Son xəbərlər

Qar yağacaq - XƏBƏRDARLIQ

25 / 01 / 2025, 13:59

Bərdədə qadın intihar edib

25 / 01 / 2025, 11:50
Bütün xəbərlər