Gəncədə eyni kəsişmədə yenidən yol qəzası olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə eyni kəsişmədə yenidən yol qəzası olub

14:33 - 11 / 12 / 2024
Gəncədə eyni kəsişmədə yenidən yol qəzası olub

Gəncənin Ozan və Xudadat bəy Rəfibəyli küçələrinin kəsişməsində qəza baş verib.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Hyundai Santa Fe” və “Audi” markalı avtomobillər toqquşub.

İlkin məlumata görə, qəza zamanı bir nəfər xəsarət alıb. Yaralı şəxs yaxınlıqdakı xəstəxanaların birinə yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb.

Qeyd edək ki, bu, sözügedən ərazidə ilk hadisə deyil. Son bir neçə ayda həmin küçələrin kəsişməsində dəfələrlə qəzalar qeydə alınıb.

Paylaş:
459

Son xəbərlər

Səhiyyə nazirinə ağır itki

06 / 11 / 2025, 16:13
Bütün xəbərlər