AFFA “Qarabağ” klubunu 2000 manat cərimələyib | 1news.az | Xəbərlər
Futbol

AFFA “Qarabağ” klubunu 2000 manat cərimələyib

Qafar Ağayev13:20 - 12 / 12 / 2024
AFFA “Qarabağ” klubunu 2000 manat cərimələyib

AFFA İntizam Komitəsi "Qarabağ" klubunu 2000 manat cərimələyib.

1news.az-ın məlumatına görə, buna Ağdam təmsilçisinin Misli Premyer Liqasının XVI turunda "Sabah"la heç-heçə (1:1) etdiyi matçda yaşananlar səbəb olub.

"Köhlən atlar" azarkeşlər pirotexniki vasitədən istifadə etdiyinə görə 1500 manat ziyana düşüb.

Ağdam təmsilçisi sözügedən qarşılaşmada fanatlar tərəfindən təhqiramiz ifadələr səsləndirildiyi (bu hal cari mövsümdə ikinci dəfə yaşanır) üçün 500 manat ödəyəcək.

"Səbail" klubu isə 700 manat cərimə olunub. "Dənizçilər"in 4 üzvü "Araz-Naxçıvan"a 0:2 hesabı ilə uduzduqları görüşdə sarı vərəqə ilə cəzalandırılıb.

Paylaş:
930

Son xəbərlər

Bütün xəbərlər