Bu gün Azərbaycanın yeni ombudsmanı seçiləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Azərbaycanın yeni ombudsmanı seçiləcək

1news Redaksiyası09:44 - Bu gün
Bu gün Azərbaycanın yeni ombudsmanı seçiləcək

Azərbaycanın yeni İnsan hüquqları üzrə müvəkkili (ombudsman) bu gün Milli Məclisdə keçiriləcək plenar iclasda seçiləcək.

1news.az xəbər verir ki, ombudsmanın seçilməsi məsələsi parlamentin bugünkü plenar iclasının gündəliyinə daxil edilib.

Belə ki, deputatlar Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi məsələsini müzakirə edəcəklər.

Qeyd edək ki, ombudsman vəzifəsinə üç namizədin – Səbinə Əliyeva, Elşanə Vəliyeva və Ceyhun Qaracayevin namizədliyi irəli sürülüb.

Paylaş:
87

Son xəbərlər

Bütün xəbərlər