Qaradağ rayonunda son aylarda istifadəyə verilən yeni körpülərin sayı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Qaradağ rayonunda son aylarda istifadəyə verilən yeni körpülərin sayı açıqlandı

Qafar Ağayev09:04 - Bu gün
Qaradağ rayonunda son aylarda istifadəyə verilən yeni körpülərin sayı açıqlandı

Qaradağ rayonunda yol-nəqliyyat infrastrukturunun yenilənməsi və müasirləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən 1news.az-a bildirilib ki, son bir neçə ay ərzində rayonda 5 yeni körpü inşa edilərək istifadəyə verilib.

Körpülərdən 3-ü Qobustan qəsəbəsi ərazisində, Bakı–Ələt–Qazax magistral avtomobil yolunun 55-ci kilometrliyində, digər 2-si isə Səngəçal–Çeyildağ və Lökbatan–Güzdək avtomobil yollarında yerləşir.

Qobustan qəsəbəsində istifadəyə verilən üçüncü körpünün uzunluğu 45,2 metr, hərəkət hissəsinin eni isə 10 metr təşkil edir.

Qeyd edək ki, həmin ərazidə yerləşən dördüncü körpünün də sökülərək yenidən inşasına yaxın günlərdə başlanılması nəzərdə tutulur.

Paylaş:
102

Son xəbərlər

Bütün xəbərlər