NASA: İki amerikalı astronavtın Yerə dönüşü 2025-ci ilin martına qədər təxirə salınıb
NASA, Beynəlxalq Kosmik Stansiyada (International Space Station (ISS)) aylardır qalan iki amerikalı astronavtın Yerə dönüşünün ən erkən 2025-ci ilin mart ayında mümkün olacağını açıqlayıb.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu qərar onların planlaşdırılmış vaxtda Yerə qayıda bilməyəcəyini göstərir.
Astronavtlar Butç Uilmor və Suni Uilyams iyun ayında BKS-yə çatmışdılar. Əvvəlki plana əsasən, onların stansiyada sadəcə 8 gün qalması nəzərdə tutulmuşdu. Lakin Boeing şirkətinin Starliner raketinin itki sistemində ortaya çıxan problemlər səbəbindən NASA, dönüş planlarını tamamilə dəyişməli olub.
Hazırda təxminən 9 aydır kosmosda olan astronavtların Yerə qayıdışı ən erkən 2025-ci ilin mart ayında baş tutacaq.