Selçuk Bayraktar təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib | 1news.az | Xəbərlər
Siyasət

Selçuk Bayraktar təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib

13:01 - 25 / 12 / 2024
Selçuk Bayraktar təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib

Türkiyənin “Baykar Technology” şirkətinin Direktorlar Şurasının sədri Selçuk Bayraktar “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması ilə bağlı başsağlığı verib.

1news.az xəbər verir ki, bu barədə o, "X" hesbında paylaşım edib.

"Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən sərnişinlərə Allahdan rəhmət, Can Azərbaycan xalqına səbr diləyirəm", - S.Bayraktar qeyd edib.

Paylaş:
162

Son xəbərlər

Tovuzda minik maşını aşıb

17 / 04 / 2025, 14:24
Bütün xəbərlər