Afrika qitəsində saxlanılan gəmilər ASCO-ya aid deyil - Mehman Mehdiyevdən AÇIQLAMA
Afrika qitəsində saxlanılan gəmilər Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə (ASCO) aid deyil.
1news.az xəbər verir ki, bu barədə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) mətbuat katibi Mehman Mehdiyev bildirib.
O deyib ki, dünən Afrika qitəsində gəmi saxlanılması ilə bağlı yayılan xəbərlər bir daha göstərdi ki, bəzi hallarda xəbərlərin vizual müşayiəti zamanı diqqətsizliklər baş verir.
"Saxlanılan gəmi ASCO-ya aid olmadığı halda, təəssüf ki, bəzi media orqanları xəbər mətnlərinə Xəzərdə üzən ASCO gəmilərinin fotolarını əlavə etdilər. İlk növbədə deyim ki, belə hallarda dənizçilər və onların ailələrindən çoxsaylı narahatlıq mesajları alırıq. Yanlış məlumatlar kimi, yanlış görüntülər də onlar arasında çaşqınlıq yaradır".
Qeyd edək ki, Azərbaycana məxsus 3 gəminin heyəti ilə birlikdə Afrikada yerləşən Eritreya dövlətinə aid sularda həbs edildiyinə dair məlumat yayılıb. Gəmilərin Bakıdan yola çıxdığı, havanın küləkli olması səbəbindən Afrikaya - Eritreyaya istiqamətinə yönəldiyi, guya Eritreyanın sularına daxil olduğu üçün saxlanıldığı bildirilir.
Həmçinin oxuyun: Azərbaycanın üç gəmisinin Afrikada saxlanılması ilə bağlı RƏSMİ AÇIQLAMA