Boluda hoteldə baş verən yanğında xəsarət alan 44 nəfər evə buraxılıb | 1news.az | Xəbərlər
Dünya

Boluda hoteldə baş verən yanğında xəsarət alan 44 nəfər evə buraxılıb

18:12 - 25 / 01 / 2025
Boluda hoteldə baş verən yanğında xəsarət alan 44 nəfər evə buraxılıb

Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda baş verən yanğında xəsarət alan 51 nəfərdən 44-ü evə buraxılıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlama verib.

Bildirilib ki, xəstəxanada qalan daha 6 nəfərin müalicəsi davam edir, yaralılardan birinin vəziyyəti ağırdır.

Qeyd edək ki, yanvarın 21-də baş verən yanğın zamanı müəssisədə 238 qonaq olub. Hadisə nəticəsində 78 nəfər həyatını itirib. Bununla əlaqədar yanvarın 22-də Türkiyədə birgünlük matəm elan edilib.

Aparılan istintaq çərçivəsində ümumilikdə 14 nəfər saxlanılıb, hotel sahibi Halit Ergül və menecer Emir Aras da daxil olmaqla onlardan 9 nəfəri həbs edilib.

Paylaş:
165

Son xəbərlər

Qar yağacaq - XƏBƏRDARLIQ

25 / 01 / 2025, 13:59

Bərdədə qadın intihar edib

25 / 01 / 2025, 11:50
Bütün xəbərlər