Bakı-Tbilisi qatarı apreldən istifadəyə veriləcək? - ADY-dən CAVAB
![Bakı-Tbilisi qatarı apreldən istifadəyə veriləcək? - ADY-dən CAVAB](/images/2025/02/10/20250210033953674/thumb.jpg?2025-02-10+16%3A40%3A52)
Aprel ayından etibarən Bakı-Tbilisi-Bakı qatarı istifadəyə veriləcək.
1news.az xəbər verir ki, bu barədə hökumətdəki mənbələrdən Gununsesi.info-ya məlum olub. Qeyd olunub ki, Azərbaycan və Gürcüstanın müvafiq qurumları arasında bununla bağlı razılıq əldə olunub. Məlumata görə, aprel ayından etibarən Bakı-Tbilisi-Bakı qatarı yenidən fəaliyyətə başlayacaq. Sərnişindaşıma İsveçrənin Stdadler qatarları vasitəsilə həyata keçiriləcək.
Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda Azərbaycanın quru sərhədləri bağlı olduğu üçün beynəlxalq sərnişindaşıma dayandırılıb.
“Bildiyiniz kimi, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda xüsusi karantin rejimi davam edir və ölkənin quru sərhədləri bağlıdır. Bu səbəbdən qatarlarla beynəlxalq istiqamətdə sərnişindaşıma həyata keçirilmir”.
Həmçinin bildirilib ki, müvafiq razılıq olarsa, ADY həmin istiqamətdə sərnişindaşımanın bərpası üçün hazırlıq işlərinə başlaya bilər.