Santorininin yerli sakinləri seysmik böhrana rəğmən adanı tərk etmək istəmirlər - FOTO | 1news.az | Xəbərlər
Dünya

Santorininin yerli sakinləri seysmik böhrana rəğmən adanı tərk etmək istəmirlər - FOTO

Qafar Ağayev09:47 - 10 / 02 / 2025
Santorininin yerli sakinləri seysmik böhrana rəğmən adanı tərk etmək istəmirlər - FOTO

Yunanıstanın ən məşhur turizm məkanlarından biri olan Santorini, güclü seysmik böhran yaşayır.

1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, Santorini və Amorgos arasındakı dəniz bölgəsində təkanlar davam edir. Xüsusilə Yunanıstan hökuməti tərəfindən adanı sarsıdan son güclü zəlzələdən sonra fövqəladə vəziyyət elan edilib.

Adanın 15 min nəfərlik əhalisinin təxminən dörddə üçü təxliyə olunub. Sakinlər, zəlzələ zamanı hava və dəniz yolu ilə qaçmağa məcbur olublar.

Lakin hər kəs evlərini və sevdiklərini tərk edib gedə bilməyib. Bəzi sakinlər "Adamızı tərk etmərik" deyən Santorinidə qalmağa davam edirlər. Onlar təhlükəli vəziyyət olmasına baxmayaraq adalarını tərk etmək istəmirlər.

Paylaş:
160

Son xəbərlər

Bütün xəbərlər