İlham Əliyev Estoniya Prezidentinə təbrik məktubu ünvanlayıb | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Estoniya Prezidentinə təbrik məktubu ünvanlayıb

Qafar Ağayev11:32 - Bu gün
İlham Əliyev Estoniya Prezidentinə təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev Estoniya Respublikasının Prezidenti Alar Karisə təbrik məktubu ünvanlayıb.

1news.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Estoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Estoniya arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, Estoniya xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

Paylaş:
58

Son xəbərlər

ADY-də yeni təyinat

Bu gün, 14:13
Bütün xəbərlər