İraqda daha bir şəhərdə türk dili rəsmi dil elan olundu | 1news.az | Xəbərlər
Dünya

İraqda daha bir şəhərdə türk dili rəsmi dil elan olundu

Qafar Ağayev10:03 - 28 / 02 / 2025
İraqda daha bir şəhərdə türk dili rəsmi dil elan olundu

İraqda, Kərkükdən sonra Salahəddin şəhərində də dövlət qurumlarında aparılan bütün rəsmi yazışmalarda ərəb dili ilə yanaşı türk dilindən də istifadə olunacağı elan edilib.

1news.az Hürriyet.com.tr-ye istinadən xəbər verir ki, Salahəddin İl Məclisinin üzvü Atıf ən-Nəccar bildirib ki, İraq Konstitusiyasının 4-cü maddəsinə əsasən, türkmənlərin sıx yaşadığı bölgələrdə türk dili rəsmi dil kimi qəbul edilib və rəsmi yazışmalarda istifadə hüququna malikdir.

O, artıq Salahəddin şəhəri və ətraf bölgələrdə bütün rəsmi yazışmalarda türk dilinin istifadə ediləcəyini vurğulayıb. Bununla yanaşı, dövlət qurumlarının lövhələrində də ərəb dili ilə yanaşı türk dilinin yer alacağını qeyd edib.

Salahəddin şəhərində sayca üstünlük təşkil edən türkmənlər uzun müddətdir gözlədikləri qanunun həyata keçirilməsini sevinclə qarşıladılar.

Paylaş:
225

Son xəbərlər

Bütün xəbərlər