AFFA “Araz-Naxçıvan” - “Qarabağ” oyunundakı insidentlə bağlı cəzaları açıqlayıb

AFFA İntizam Komitəsi Misli Premyer Liqasının XXVI turunda “Araz-Naxçıvan” və “Qarabağ” komandaları arasında keçirilmiş oyunda baş verən insidentlə bağlı qərarları verib.
1news.az xəbər verir ki, Naxçıvan təmsilçisinin futbolçusu Felipe Santos təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2-si şərti olmaqla 4 oyun cəzalanıb, klub 3000 manat cərimə edilib. Matç bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Araz-Naxçıvan” daha 800 manat ziyana düşüb.
“Qarabağ”ın futbolçuları Elvin Cəfərquliyev və Musa Qurbanlı isə təcavüzkar davranışa cəhd etdiklərinə görə 1-I şərti olmaqla 2 oyun cəzalanıblar. Ağdam klubu isə 4000 manat cərimə ödəyəcək.
Hər 3 qərar üzrə sınaq müddəti 3 ay təyin edilib.
45