Britaniya Azərbaycana ilk dəfə hərbi attaşe təyin edib | 1news.az | Xəbərlər
Siyasət

Britaniya Azərbaycana ilk dəfə hərbi attaşe təyin edib

10:31 - Bu gün
Britaniya Azərbaycana ilk dəfə hərbi attaşe təyin edib

Böyük Britaniya Azərbaycana ilk dəfə hərbi attaşe təyin edib.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd edilib ki, hərbi attaşe vəzifəsinə Gavin Tarbard təyin edilib.

"Onun Azərbaycana gəlişini məmnuniyyətlə elan edirik. Bu tarixi mərhələ Böyük Britaniya-Azərbaycan tərəfdaşlığının artan gücünü əks etdirir. Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığımızı gücləndirəcək", - məlumatda vurğulanıb.

Paylaş:
59

Son xəbərlər

Bütün xəbərlər