Qızılın qiyməti tarixi maksimumu yeniləyib

Əmtəə bazarlarında qızılın bir troya unsiyası üzrə fyuçerslərin qiyməti yenidən tarixi maksimumu yeniləyib.
1news.az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,64% artaraq 3 025,22 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 0,73% artaraq 34,56 ABŞ dollarına bərabər olub.
47