“ExxonMobil” korporasiyası ilə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“ExxonMobil” korporasiyası ilə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Qafar Ağayev17:52 - 19 / 03 / 2025
“ExxonMobil” korporasiyası ilə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov “ExxonMobil” korporasiyasının vitse-prezidenti Con Ardillə görüşüb.

1news.az xəbər verir ki, bu barədə nazirlikdən verilən məlumatda bildirilir.

Görüşdə vurğulanıb ki, Azərbaycanın biznes və investisiya mühitinin əlverişliliyi, xarici şirkətlərin bu baxımdan ölkəmizə olan yüksək marağı beynəlxalq tərəfdaşlarla regional və qlobal miqyasda mühüm layihələri reallaşdırmağa imkan verir.

Görüşdə “ExxonMobil” korporasiyası ilə enerji sahəsində uzunmüddətli səmərəli əməkdaşlıq həyata keçirildiyi qeyd olunub, işbirliyinin genişləndirilməsi imkanları müzakirə edilib.

Paylaş:
67

Son xəbərlər

Bütün xəbərlər