“Azon Zavod”un ərazisində ağacların kəsilməsinə görə təbiətə 117 min manatdan çox ziyan dəyib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azon Zavod”un ərazisində ağacların kəsilməsinə görə təbiətə 117 min manatdan çox ziyan dəyib

Qafar Ağayev18:24 - 27 / 03 / 2025
“Azon Zavod”un ərazisində ağacların kəsilməsinə görə təbiətə 117 min manatdan çox ziyan dəyib

Yasamal rayonu, Şərifzadə küçəsi, köhnə "Azon Zavod"un ərazisində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən araşdırılıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən 1news.az-a verilən məlumata görə, araşdırma zamanı ağacların sözügedən ərazidə tikinti işləri aparan "Avant Group" MTK tərəfindən kəsildiyi və təbiətə 117060 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

Faktla bağlı akt tərtib edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır.

Paylaş:
131

Son xəbərlər

Bütün xəbərlər