Yasamalda iki nəfər 3 kiloqram narkotiklə saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Yasamalda iki nəfər 3 kiloqram narkotiklə saxlanılıb

Qafar Ağayev11:52 - 28 / 03 / 2025
Yasamalda iki nəfər 3 kiloqram narkotiklə saxlanılıb

Paytaxtın Yasamal rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli şəxslər saxlanılıb.

Bu barədə 1news.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə C.Hüseynəli saxlanılıb. Ondan 1 kiloqramdan artıq heroin, ümumi çəkisi 500 qramdan artıq marixuana, metamfetamin və tiryək aşkar olunaraq götürülüb.

Yasamal RPİ-nin 27-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri digər tədbirlə rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən G.Abbasov da saxlanılıb. Ondan da çəkisi 1 kiloqramdan artıq heroin, ümumi çəkisi yarım kiloqramdan çox marixuana, metamfetamin və tiryək aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Paylaş:
138

Son xəbərlər

Bütün xəbərlər